Teylor Svift

Teylor Svift
ing. Taylor Swift
Ümumi məlumatlar
Doğum adı Taylor Alison Swift
Ləqəbi Nils Sjöberg[10][11]
Doğum tarixi 13 dekabr 1989(1989-12-13)[1][2] (34 yaş)
Doğum yeri
Vətəndaşlığı
Partnyorları
Atası Skott Svift[d]
Anası Endrü Finley[d]
Musiqiçi məlumatları
Fəaliyyəti aktrisa, bəstəkar, müğənni, musiqi prodüseri, xeyriyyəçi, müğənni-mahnı yazarı, söz yazıçısı[d], musiqi videosu rejissoru[d]
Fəaliyyət illəri 2006-cı ildən
Janrlar kantri, pop-rok, pop musiqisi, sinti-pop, indi-folk[d]
Musiqi alətləri gitara, piano, ukulele[12], baraban, elektrogitara, akustik gitara[d], pianino[d]
Səs tembri messo-soprano
Albom şirkətləri Big Machine Records, Republic Records[9]
İmzanın şəkli
taylorswift.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Teylor Svift (ing. Taylor Swift; 13 dekabr 1989[1][2], Vest-Ridinq[d], Pensilvaniya) — amerikalı müğənni-bəstəkar. XXI əsrin ən nüfuzlu musiqiçilərindən biridir.[kimə görə?]

Svift mahnı yazmağa 14 yaşında ikən başlayıb, o, 2005-ci ildə Big Machine Records ilə müqavilə bağladıqdan sonra kantri müğənnisi olmuşdur. Sviftin 2006-cı ildə yayımladığı öz adını daşıyan studiya albomu daxil olmaqla altı albomu Big Machine tərəfindən buraxılıb. Teylorun ikinci albomu "Fearless"dən "Love Story" və "You Belong with Me" mahnıları ABŞ-də ən çox dinlənən treklər olmuşdur. Onun rok elementlərinə malik olan növbəti albomu "Speak Now" (2010) hit-paradlara birinci pillədə qərarlaşıb. 2012-ci ildə buraxdığı "Red" albomundan "We Are Never Ever Getting Back Together" sinqlı onun uğurunu daha da artırmışdır. Daha sonra 2014-cü ildə "1989" albomunu yayımlayan Svift kantri imicindən uzaqlaşdı, albomun "Shake It Off", "Blank Space", və "Bad Blood" mahnıları önəmli populyarlıq qazandı. 2017-ci ildə buraxdığı "Look What You Made Me Do" sinqlı ilə altıncı albomu "Reputation"u dəstəklədi.

Big Machine-dən ayrıldıqdan sonra Svift 2018-ci ildə Republic Records ilə müqavilə bağladı və yeddinci studiya albomu olan "Lover" 2019-cu ildə buraxıldı. O, bir il sonra öz həyatından bəhs edən "Miss Americana" avtobioqrafik sənədli filmini buraxdı. 2020-ci il buraxılışları "Folklore" və "Evermore" albomlarında indi folk və alternativ rok janrına üstünlük verdi. Onun 2022-ci ildə işıq üzü görən onuncu albomu "Midnights" və aparıcı sinqlı "Anti-Hero" çoxsaylı yayım rekordları qırdı. Svift səsyazma şirkəti ilə aralarında yaranan mübahisədən sonra əvvəlki albomunu yenidən yazmağa başladı, dördünü yenidən yayımlandı — 2021-ci ildə "Fearless (Taylor's Version)" və "Red (Taylor's Version)", "Speak Now (Taylor's Version)" və "1989 (Taylor's Version)". Svift 2023-cü ildə "The Eras Tour" adlı konsert turlarına çıxamağa başladı.

Dünyada 200 milyondan çox albom satan Svift bütün zamanların ən çox satış həyata keçirən musiqiçilərindən biridir. O, ABŞ-də beş albomu bir milyondan çox nüsxə satılan yeganə musiqiçidir. Onun mükafatları arasında 11 "Qremmi" mükafatı, o cümlədən "İlin Albomu" nominasiyasında üç dəfə qələbə, buna əlavə olaraq; Emmi Mükafatı; 40 Amerika musiqi mükafatı; 29 "Billboard Musiqi" mükafatları; və 84 Ginnesin Rekordlar Kitabı daxildir. Svift Rolling Stone jurnalının "Bütün Zamanların 100 Ən Böyük Mahnı yazarı", Billboard-un "Bütün Zamanların Ən Böyük Sənətçiləri", eləcə də Time 100 və Forbes Celebrity 100-də yer alıb. "Onilliyin sənətçisi" və "On ilin qadını" kimi titullara layiq görülən Svift, sənətçilərin hüquqlarını və qadınların səlahiyyətlərini müdafiə edir. Onun musiqisi bütün müğənni-bəstəkarlar nəslinə təsir göstərmişdir.

  1. 1 2 Taylor Swift // GeneaStar.
  2. 1 2 The Fine Art Archive. 2003.
  3. 1 2 https://revistaquem.globo.com/Popquem/noticia/2012/12/taylor-swift-e-harry-styles-sao-fotografados-juntos-pela-primeira-vez.html.
  4. 1 2 http://ego.globo.com/famosos/noticia/2013/01/saiba-como-foi-o-termino-de-taylor-swift-com-harry-styles-segundo-site.html.
  5. 1 2 https://www.etonline.com/taylor-swift-and-joe-alwyn-break-up-after-six-years-of-dating-exclusive-202408.
  6. 1 2 http://www.people.com/people/article/0,,20333466,00.html.
  7. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 https://www.thesun.co.uk/tvandshowbiz/1748180/taylor-swift-boyfriend-list-who-dated-joe-alwyn/.
  8. 1 2 https://www.republicworld.com/entertainment-news/music/why-did-taylor-swift-and-jake-gyllenhaal-call-off-their-relationship.html.
  9. 1 2 https://www.universalmusic.com/taylor-swift-signs-exclusive-global-recording-agreement-universal-music-group/.
  10. https://www.elitedaily.com/p/taylor-swifts-explanation-of-her-nils-sjoberg-pseudonym-confirmed-a-fan-theory-43659497.
  11. https://www.republicworld.com/entertainment-news/music/why-did-taylor-swift-adapt-the-pseudonym-nils-sjoberg.html.
  12. http://www.bbc.co.uk/blogs/chartblog/2009/02/taylor_swift_the_interview.shtml.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search